Ziyalılar Forumunun üzvü olan Gültəkin Hacıbəyli yaranmaqda olan “EL” hərəkatının “3-cü qüvvə” kimi təşkilatlanma mərhələsindən keçdiyini deyi. Sabiq deputat “EL” hərəkatının digər müxalifət partiyalarına rəqib olmadığını bildirib.
G.Hacıbəyli deyib ki, başqa qüvvələrdən fərqli olaraq “El” bilavasitə narazı olan seşicilərə müraciət edəcək ki, onları 3-cü qüvvə kimi görür: “İndiyədək elektoratın böyük bir hissəsi seçkilərdə passiv qalıb. 3-cü qüvvə məhz həmin seçicilərdir.”
“Bəs həmin “3-cü qüvvəni” arxasınca aparmaq istəyən “El”lə digər siyasi partiyalar arasında rəqabət yaranmırmı?” Sualına Gültəkin Hacıbəyli mənfi cavab verib.
O, deyib ki, müxalifətin maraqları bu məsələdə üst-üstə düşür.
Gültəkin Hacıbəylinin sözlərinə görə, aparıcı müxalifət partiyaları “EL”in yaranmasına müsbət yanaşmanı göstəriblər. Yeni ümumilli hərəkatın yaradılacağını Ziyalılar Forumunun həmtəsisçisi Rüstəm İbrahimbəyov elan etmişdi. “El”in təşkilatçılarından olan Eldar Namazov “Media forum” saytına müsahibəsində təşkilatın “sədri, İdarə Heyəti, Məclisi, hər bir seçki dairəsi üzrə nümayəndələri”nin olacağını bildirib (BBC Azərbaycanca).
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR