Göygölə girişin bağlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Vaqif Cavadov bildirib ki, hazırda işçi qüvvəsi Göygöl Milli Parkının ərazisində təmizləmə işləri aparır: "İki- üç saat ərzində ərazidə olan zibillər yığışdırıldıqdan sonra vətəndaşlar tam sərbəst parka daxil olub ziyarətlərini edə biləcəklər".Direktor qeyd edib ki, istənilən insan axını olan yerdə zibillənmə də, qayda pozan da olur: "Təbii ki, biz bunun qarşısını almaq üçün sərt tədbirlər görürük. Cərimələr tətbiq olunur, qara siyahı tərtib olunur. İtaətsizlik göstərən vətəndaşlar qara siyahıya daxil olacaq. Onlar növbəti dəfə Milli Parkın giriş qapısından buraxılmayacaq.
O siyahı nazirliyin saytında yerləşdiriləcək. Amma bununla yanaşı biz həftədə bir dəfə Milli Parkda sanitar gün keçirəcəyik. Sanitar gündə bütün işçi qüvvəsi əraziyə cəlb olunacaq, zibillər yığışdırılacaq. Hazırda işçi qüvvəsi ərazinin müxtəlif yerlərində təmizləmə işləri aparır. Bu gün iki- üç saat ərzində ərazidə olan zibillər yığışdırıldıqdan sonra vətəndaşlar tam sərbəst parka daxil olub ziyarətlərini edə biləcəklər”. (Qafqazinfo)
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”