Gözəllik salonundan oğurluq edən qadına 8 İL HƏBS

Gözəllik salonundan oğurluq edən qadına 8 İL HƏBS

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən 1982-ci il təvəllüdlü Aynurə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vətəninfo.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Aynurə Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il Aynurə Əliyeva Keşlə qəsəbəsində yerləşən gözəllik salonunda işləyən İradə İsmayılovaya məxsus çantadan qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurlayıb.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az