Gözlənilən toy baş tutdu
Türkiyənin məşhur müğənnisi Yavuz Bingöllə musiqiçi Öykü Gürman ailə qurublar.
Vətəninfo.az-ın məlumatına görə, Axşam.az
"Hürriyət”ə istinadən xəbər verir ki, cütlüyün nikahını İstanbul
Büyükşehir bələdiyyə sədri Kadir Topbaş bağlayıb. Yavuzla Öykünün toy
mərasimində sənət aləminin tanınmış simaları iştirak ediblər. Bingöllə
Gürman səhnəyə çıxaraq birlikdə "Xoş gəldin” mahnısını səsləndiriblər.
Qeyd edək ki, müğənninin nikah şahidinin prezident Rəcəb Tayyib Ərdoğan olacağı bildirilirdi.