Habil Əliyevin qızı əsəbiləşdi: "Atamla bağlı..."

Habil Əliyevin qızı əsəbiləşdi:

Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən və vəziyyəti sabit ağır olaraq qiymətləndirilən xalq artisti, ustad sənətkar Habil Əliyevin səhhətində müsbət irəliləyiş yoxdur.

 

Bu barədə Habil Əliyevin qızı Vəfa xanım məlumat verib:

 

"İndicə atamın yanında idim, hələ huşu tam aydın deyil. Sabit qalsa da, vəziyyəti hələ də ağırdır. Həkimlər onu süni nəfəs aparatından ayırmaq barədə düşünsələr də, bunun pis nəticə verəcəyindən ehtiyatlanırlar. Lakin telekanallarda süni nəfəs aparatından ayrılması, danışması, hətta dirsəklənmək istəməsi barədə xəbərlər verilir. Bu, yanlış informasiyadır. Reanimasiyada ağır vəziyyətdə olan xəstə bunu edə bilməz axı. Sadəcə şişirdirlər. İstəməzdim belə ajiotaj yaradılsın”.

 

Qeyd edək ki, xalq artistinin vəziyyəti ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarətindədir. Onlar hər gün Habil Əliyevin səhhəti, müalicəsi və sağlıq durumu ilə bağlı məlumatlandırılır.

Publika.az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az