“Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupuna üzv olan hüquq müdafiəçiləri müxalifətin, İctimai Palataya (İP) daxil olan partiyaların vəkilləri deyillər”. Bu fikirləri “Vətəninfo.az”-a açıqlamasında millət vəkili Hacı Qalib Salahzadə bildirib.
“Mən həqiqəti demişəm. Bu gün müxalifətlə görüşən, konkret olaraq İP-də təmsil olunan partiyalarla görüşə gedən Avropa Birliyinə daxil olan ölkələrin səfirləri diplomat səlahiyyətlərini aşmaqla bərabər, diplomatik mədəniyyətdən də kənara çıxıblar”,– deyə bildirən Hacı Qalib Salahzadə əlavə edib ki, heç bir səfirə haqq verilməyib ki, onlar Azərbaycanın daxili işlərinə qarışsınlar:
“Bu gün o səfirlərə diqqət yetirsəniz görərsiniz ki, onlar Azərbaycnda özlərini bu qədər sayılıb seçilən kimi göstərirlər. Ancaq öz ölkələrində onları heç tanıyanda yoxdur. Necə olur ki, ölkəsində elə də ciddi siyasi fiqur olmayan diplomatlar Azərbaycanda bu qədər özlərini sərbəst aparırlar”.
Millət vəkili onu çatdırıb ki, o, Monitorinq Qrupuna daxil olan qadın hüquq müdafiəçilərinə cavab vermək istəmir: “Görünür müxalifət partiyalarının liderləri mənim ortaya qoyduğum mövqeyə cavab verə bilmədikləri üçün, qadınıların dili ilə mənə cavab verməyə çalşırlar”.
Oral MƏDƏNÇİ
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR