“Mənim heç kəsdən üzr istəmək niyyətim yoxdur. Orada söyüş olub. Bu söz də cəm halında deyil, tək halda ifadə olunub. Söyüşün də ünvanı erməni gənci olub. Ermənidən üzr istəyərlər?”.
Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli bir müddət əvvəl AzTV efirində gəncləri təhqir etməsi ilə bağlı ittihamlara münasibətində söyləyib.
Qeyd edək ki, buna cavab olaraq, bir qrup gənc deputatın onlardan üzr istəməsinə dair sosial şəbəkələrdə kampaniya başladıb. Əgər Hadi Rəcəbli onlardan üzr istəməsə gənclər “Özünsən” mesajını yazıb deputatın mobil telefonuna göndərəcək. Komitə sədri deyib ki, o Azərbaycan gənclərini təhqir etmək niyyətində olmayıb: “Təəssüf ki, erməni lobbisinin təsiri altına düşüb, Azərbaycana qarşı kampaniya aparan gənclərimiz də var. Bu gənclər getdikləri yoldan dönməlidirlər”.
Rəqsanə Yusifzadə
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR