Azərbaycanda heyvanları şikəst və ya tələf edənlər böyük məbləğdə cərimələnəcəklər.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsinin layihəsinə daxil edilib.
Layihəyə əsasən, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst və ya tələf olunmasına görə 500 manat miqdarında cərimə tətbiq ediləcək.
Hazırkı məcəllədə yalnız lazımi icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə cərimə var. Bu hala görə fiziki şəxslər 200 manatdan 500 manatadək miqdarda, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək miqdarda, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək miqdarda cərimə edilir.
Yeni layihəyə görə, qurumuş bitkilərin heyvanlar aləminin məskunlaşdığı yerlərdə özbaşına yandırılması, heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsi, heyvanlar aləminin obyektlərindən istifadənin limitləri barədə tələblərin pozulması və s. heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması halları hesab ediləcək. Bu hallara görə fiziki şəxslər 500-700, vəzifəli şəxslər 2000-3000, hüquqi şəxslər isə 5500-7000 manat miqdarında cərimələnəcək.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat