“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və ola bilməz”.
“Vətəninfo.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Hillari Klinton Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə mətbuat konfransında belə deyib. O, bildirib ki, son hadisələrdən məyusluqla xəbər tutub və gənc əsgərlərin mənasız ölümündən narahatdır: “Güc tətbiqi məsələni həll etməyəcək. Ona görə də onun tətbiqi istisna edilməlidir”. Hillari Klinton tərəfləri güc tətbiqindən çəkinməyə çağırıb və bildirib ki, eyni çağırışı iyunun 6-da Bakıda da səsləndirəcək.
Dövlət katibinin fikrincə, kədərli hadisələr tərəfləri danışıqlar prosesindən çəkindirməməlidir. “Yekun həll yolu tapılmalıdır və bu məsələdə təkcə prezidentlərin yox, həm də iki ölkə əhalisinin rolu vacibdir”. Hillari Klinton deyib ki, bu, uzun yol olsa da, irəliləmək vacibdir. Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri hesab edir ki, cəbhə xəttindəki insidentlərin ağır nəticələri ola bilər. “Münaqişə Helsinki aktının bütün prinsipləri əsasında və onlardan hər hansı birinə üstünlük verilmədən həll olunmalıdır. Prosesin davam etdirilməsi, tərəfləri maraqlarına uyğun həllin tapılması və güc tətbiqindən çəkinmək vacibdir”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR