Ötən həftə Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyində oldum. Bu facebook-da “erməni sorunu” ilə bağlı olan diskussiyaya görə idi.
Vətəninfo.az xəbər verir ki, bu sözləri 2003-2010 – cu illərdə PvdA partiyasından Niderland Parlamentinin üzvü, ölkənin tanınmış siyasətçilərin olan Lük Blom facebook sosial şəbəkəsində Xocalı hadisələri ilə bağlı fikirlərini bölüşüb. Onu da qeyd edək ki, Lük Blom facebook sosial şəbəkəsində aktiv olan siyasət adamlarından sayılır.
“Gözlənilməz qonaqpərvərlik gördüm, ətraflı məlumat aldım. Hələ də o görüşün təsiri altındayam. Bəzən elə bilirik ki, hər şeyi bilirik. Sonradan məlum olur ki, hələ öyrənməli çox şey var. 1992-ci il 25-26 fevralda Xocalıda olanlardan, 613 nəfərin ölümündən şok hisslər keçirtdim. Hadisənin iştirakçısı olan bir neçə nəfər ilə söhbət etdim. Məncə, Xocalı məsələsinə diqqət verilməli və beynəlxalq müzakirəyə çıxarılmalıdır... ”,-deyə qeyd edib.
Lük Boom daha sonra isə məlumat üçün bu linkə:Xocalı faciəsi haqda olan www.justiceforkhojaly.org baxmağı məsləhət görüb. Onun bu statusunu dostluğunda olan 247 nəfər görürərək, bunların da çoxu siyasət adamları olub. Onun statusu geniş müzakirələrə səbəb olub.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR