Veteninfo.az xəbər verir ki, Hollandiya –Azərbaycan Parlamentlər arası dostluq qrupunun rəhbəri, millət vəkili Adil Əliyev, Hollandiyada fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin qərərgahında, həmın ölkədə yaşayan bir qrup diaspora nümayəndələri ilə görüşüb. Görüş olduqca maraqlı və səmimi şəraitdə keçib. Millət vəkilinin təklifi ilə mərhum Prezident Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub. Daha sonra Adil Əliyev Azərbaycan-Hollandiya münasibətləri, Azərbaycanın bu günkü durumu barədə çıxış edib. Azərbaycan – Türk Mədəniyyət Mərkəzinin başqanı İlhan Aşkın da çıxışına millət vəkilini və qonaqları salamlamaqla başladı. Daha sonra diaspor fəaliyyətinin daha aktiv fəaliyyət göstərməsinin vacibliyini vurğulayan İlhan bəy, bu barədə səylərini artıracağını qeyd etdi. Daha sonra Hollandiyada fəaliyyət göstərən, Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov söz alaraq, burdakı diaspora nümayəndələrinin çox işlər görməli olduğunu önə çəkib. Çıxışlardan sonra millət vəkili Adil Əliyevə tədbir iştirakçılarının suallarını cavabladırdı.
Daha sonra tədbir iştirakçıları Den Haaq şəhərində ucaldılmış Xocalı abidəsini ziyarət edib ora gül dəstələri qoydular və yerli, Türkiyə mətbuatına açıqlamalar verdilər.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR