Milliyyətçi Hərəkat Partiyasının noyabrın 4-də Ankarada keçiriləcək qurultayına rəsmi dəvət alan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanli mötəbər tədbirə qatılacağını bildirib. Bu isə o deməkdir ki, güneyli liderin Türkiyəyə girişinə qoyulan məhdudiyyət artıq aradan qaldırılıb.
MHP-nin dəvətinə münasibət bildirən GAMOH lideri deyib ki, viza məsələləri artıq həll olunub və Ankaraya gəlişi qətiləşib.
GAMOH-un mətbuat katibi Ağrı Qaradağlının “Yeni Müsavat”a bildirdiyinə görə, noyabrın 3-u doktor M. Çöhrəqanlı Ankaraya uçacaq. GAMOH rəhbərliyi ümid edir ki, Türkiyəyə girişində heç bir çətinlik olmayacaq. A.Qaradağlı onu da bildirib ki, bir çox güneyli soydaşımız, təşkilat mənsubları və türkiyəli qardaşlarımız GAMOH liderini qarşılamağa hazırlaşır.
Qeyd edək ki, hazırda ABŞ-da mühacirətdə olan GAMOH lideri Azərbaycan və Türkiyəyə gəlməsinə izn verilməsi üçün bir neçə dəfə Bakı və Ankaraya müraciətlər edib. Bir müddət öncə isə o, demişdi ki, Azərbaycana gəlmək üçün etdiyi müraciətinə hələ cavab verməyib. M.Çöhrəqanı “Hələ qapılar üzümüzə bağlıdır” söyləmişdi.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR