Millət vəkili Hüseynbala Mirələmov Parlament jurnalistlərinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
-Millət vəkillərinin irəli sürdüyü “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik barədə nə deyə bilərsiz?
-Mən hüquqşünas deyiləm, mühəndisəm. Parlament nə edirsə, düzdür. Qanunlara uyğun hərəkət etmək lazımdır. Siz onları məndən gözəl bilirsiz. Müəyyən qaydalara uyğun hərəkət edilməlidir. Kim harada gəldi, aksiya keçirə bilməz.
-Oğlunuzun iş yerini itirdiyinə dair bir açıqlama verə bilərsiz?
-Bəli. Daxili İşlər Nazirliyinin nizamnaməsinə uyğun rayonlarda yoxlamalar keçirilir. Mənim oğlumun da çalışdığı yerdə yoxlamalar aparılıb. Görünür, nöqsanları çox olduğundan nazirlik onu sərəncama götürüb.
- Bunun törədilən qanlı hadisə ilə bağlı əlaqəsi yoxdur ki?
-Qətiyyən. Ehsan Zahidov da açıqlamasında bildirir ki, bunun heç bir şeylə əlaqəsi yoxdur.
- Amma oğlunuz hadisə baş verən yerdə olub...
- Xeyr, olmayıb.
- Axı, bu barədə özünüzün açıqlamanız var...
-Düz demirsiz... Mən açıqlamamda demişəm ki, biz gecə yatmışdıq. Oğlum qapını döydü. Dedi ki, hadisə baş verib, gedək ora... Bütün qəzetlər yalan yazır. Və yalan yazanlara sadəcə yazığım gəlir.
- Belə bir xəbərlər yayılır ki, hökumət daxilində sizi “bitirmək” məsələsi var...
- Məni istəməyən qüvvələr yalnız Əli Kərimli və İsa Qəmbərdir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR