“Azərbaycanda media qurumu rəhbərlərinin təzyiqlərlə üzləşməsə “ənənə” halını alıb”
İctimai Palata Bakı İnformasiya Agentliyinin (bia.az) təsisçisi Sudef Məcidlinin həbsindən narahatdır və istintaq prosesini nəzarətdə saxlayır.
”Veteninfo.az-a bu barədə məlumat verən İP Koordinasiya Şurasının üzvü Rafiq Manaflının sözlərinə görə, Sudef Məcidlinin son günlər saytda yer alan yazılara görə həbs olunması ehtimalı ilə bağlı fikirlər var: “Etiraf edək ki, Azərbaycanda media qurumu rəhbərlərinin təzyiqlərlə üzləşməsə “ənənə” halını alıb və bu həbsin də siyasi sifarişlə icra olunduğu istisna edilə bilməz. Buna görə də istintaq işini ciddi şəkildə izləyəcək və prosesi nəzarətdə saxlayacağıq”.
Xatırladırıq ki, bia.az saytının təsisçisi Sudef Məcidli aprelin 12-də Nəsimi rayon Polis İdarəsinin əməkdasları tərəfindən həbs olunub. Həbslə bağlı hələlik heç bir rəsmi açıqlama verilməsə də, bia.az saytının əməkdaşları bu həbsin Sudef Məcidlinin təsisçisi olduğu saytda gedən yazılara görə olduğu ehtimalını bildiriblər.
Rövşən Ziya
P.S: Onu da qeyd edək ki, Bakı İnformasiya Agentliyi Sudef Məcidlinin həbsi ilə əlaqədar olaraq bu gündən fəaliyyətini dayandırdı.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR