Mayın 4-də BMT-nin Təhlükəsizlik Şurasının iclasında terrorizmlə mübarizədə beynəlxalq səyləri gücləndirmək müzakirə olunub.
“Veteninfo.az”ın məlumatına görə, iclasa Azərbaycan prezidenti İlham Əliyev sədrlik edib.
İlham Əliyev deyib ki, Azərbaycan beynəlxalq terrorizmi dolğun şəkildə müəyyən edən beynəlxalq razılaşmanın əldə olunmasını vacib sayır. Belə razılaşma terrorizmlə mübarizədə effektiv vasitə olardı.
Azərbaycan prezidentinin sözlərinə görə, terrorizmin və beynəlxalq terrorizmin nə demək olduğunu dəqiq müəyyən edən saziş bir sıra vacib məsələlərə ünvanlana bilərdi, o cümlədən, terrorist fəaliyyətinin təşkili, maliyyələşməsi, təlim keçilməsi, həvələndirilməsi kimi hərəkətlərdən dövlətləri çəkindirərdi.
İlham Əliyevin BMT-yə səfərinə etiraz olaraq onlarla erməni Nyu Yorkda BMT binası qabağında etiraz nümayişi keçirib.
Nümayişin təşkilatçısı Amerikanın Erməni Milli Konqresinin üzvü Nazaret Markaryan deyib ki, “prezident Əliyev BMT-dəki, Təhlükəsizlik Şurasındakı mövqeyindən Ermənistana təzyiq, bizim haqları danmaq üçün istifadə edir. Biz İlham Əliyevə, onun aqressiv siyasətinə etiraz edirik”.
Oral MƏDƏNÇİ
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR