“Vətəninfo.az” Azərtac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli cənab Olland,
Fransa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə Fransa arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi, siyasi, iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımız məmnunluq doğurur.
Bu gün beynəlxalq qurumlar, Avropa strukturları çərçivəsində, eləcə də enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə işimiz ölkələrimiz arasında, həmçinin çoxtərəfli qaydada əməkdaşlığı səciyyələndirən amillərdəndir.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə, tezliklə və ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın rolu böyükdür. Biz sülhyaratma prosesində ölkənizin öz səylərini daha da artıracağına, bu işə Sizin şəxsən töhfələr verəcəyinizə ümidlər bəsləyirik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Fransa xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR