Azərbaycan Prezidenti İlham Əliyev Lənkəranda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
“Vətəninfo.az” xəbər verir ki, iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran rayonuna səfər edib. Dövlətimizin başçısı Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevə məlumat verdi ki, bu park hazırda rayon sakinlərinin və qonaqların istirahəti üçün ən çox üz tutduqları məkandır. Ümumi sahəsi dörd hektar olan parkda geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmış, fəvvarələr quraşdırılıb. Heydər Əliyev xatirə parkında asudə vaxtın səmərəli keçirilməsi və mənalı istirahət üçün hər cür şərait vardır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR