HDİM sədri :“O, Şirvan camaatını təmsil edə bilməz”
"Rüstəm İbrahimbəyovun, Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqına daxil olan varlılar Azərbaycan xalqından aralı düşüblər. Onlar daha çox Rusiya adamlarıdır”. Bunu jurnalistlərə açıqlamasında Hüquqi və Demorkatik İslahatlar Mərkəzinin sədri İlham Əliyev deyib. Onun sözlərinə görə, son vaxtlar bir sıra şəxslər sosial şəbəkələrdə ölkədə inqilab olacağına dair təbliğat aparırlar və ümid yeri kimi Ziyalılar Forumunu, “Milyerderlər İttifaqını” nişan verirlər: “Sosial şəbəkələrdə Azərbaycanda milli birliyə zidd çağırışlar edilir. Guya hansısa regionlar hakim sinifidi, qalanlar məhkum. Azərbaycanda hakim və məhkum region yoxdur. Rüstəm İbrahimbəyovu Bakı-Şirvan regionunun ağsaqqalı kimi təqdim edirlər. Bildirilər ki, guya şirvanlılar hakimiyyətdən kənarda qalıb və hakimiyyət uğrunda mübarizə aparırlar. Şirvanlılar hakimiyyətdə təmsil olunurlar, bu gün icra strukturnda, parlamentdə onlarla əslən Şirvandan olan insanlar var. Rüstəm İbrahimbəyov əslən Şamaxıdan olsa da elindən uzaq düşmüş birisidir. O, Şirvan camaatını təmsil edə bilməz. Hakimiyyət uğrunda mübarizə regionlar arasında getmir. Azərbaycan vətəndaşları siyasi partiyalarda birləşə və hakimiyyətə gəlmək uğrunda qanuni yolla mübarizə apara bilərlər”. HDİM sədri deyib ki, xalqın bölgələrə, tayfalara bölünməsinə cəhd təhlükəlidir və dövlətçilik üçün arzuolunan tendensiya deyil.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”