"Söyün Sadıqov vaxtaşırı olaraq Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə telefon əlaqələri saxlayır, internetdə "skayp" vasitəsi ilə danışıqlar aparır".
Bunu Vətəninfo.az-a açıqlamasında Hüquqi və Demokratik İslahatlar Mərkəzinin (HDİM) sədri İlham Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda ictimai-siyasi vəziyyət kifayət qədər sabitdir və bunu pozmaq mümkün deyil: “Azərbaycanda mövcud olan müxalifətin müəyyən bir hissəsi xaricdə oturub. Bozbaş yeyə-yeyə Azərbaycana qarşı antimilli fəaliyət yolu tutan Söyün Sadıqov kimilər ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaq və müəyyən bir gərginlik yaratmağa çalışırlar. Buna isə onlar nail ola bilməyəcəklər. Hətta mən bildiyimə görə Ə.Kərimli AXCP-ni satmağa hazırlaşır. Alıcı qismində isə S.Sadıqovu görür. S.Sadıqov Rusiya vətəndaşı olduğu ücün alqı-satqını öz xeyrinə həll etməkdə çətinlik cəkir. Ona görə də, bu məsələ ilə bağlı hər iki tərəfin razı qala biləcəyi yollar axtarılır. Ə.Kərimli AXCP-nin alıcısının S.Sadıqovun olmasında maraqlıdır. Cünki “Talış Muğan Respublikası”nın yaradıcıları olmuş şəxslər, eləcədə AXC-nin Masallı və Lənkəran rayon təşkilatlarının fəal təmsilciləri olmuş kecmiş cəbhəcilər hazırda Söyün Sadıqovun yanındadırlar. Həmin şəxslərin də bu məsələdə fəallıqları böyükdür”.
Kənan Əliyev
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR