Yanvarın 23-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edildi. Nazir Əhməd Davudoğlu Türkiyə Prezidenti Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırıb.
Ölkələrimiz arasında həyata keçirilən bir sıra qlobal layihələrin, o cümlədən Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin əhəmiyyəti qeyd edilib. Azərbaycan-Türkiyə əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və digər məsələlər müzakirə edilib.
Azərbaycan Prezidenti İlham Əliyev onun da salamlarını Türkiyə Prezidenti Abdullah Gülə və Baş nazir Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Veteninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR