2013-cü ilin prezident seçkilərinin sürprizlərlə bol olacağını indidən söyləmək olar, ancaq kimin seçiləcəyini söyləmək üçün qarşı-qarşıya olan düşərgələrə diqqət yetirmək lazımdır.
Bu sözləri “Veteninfo.az”a İsveçrə-Azərbaycan Ticarət Təşkilatının sədri, politoloq Elxan Həsənli qarşıdan gələn prezident seçkilərini şərh edərkən bildirdi.
“Hakimiyyət içərisində bir-biriylə mübarizə aparanlar olsa da, onlar son anda komandanın başcısı İlham Əliyevə tam tabedirlər.
Ümumilikdə götürsək, hakim düşərgədə idarəçilik prinsipləri elə qurulub ki, həlledici anda bütün daxili çəkişmələr dayandırılır və bütün qüvvə ümumi işin müdafiəsinə cəmlənir. Bura daxili və xarici resursları əlavə etsək, vəziyyət heç də müxalifətin xeyrinə deyil”,-deyə qeyd edib.
Politoloq onu da əlavə etdi ki, iqtidarın əsas namizədinin İlham Əliyev olacağına şübhə demək olar ki, yoxdur: “Müxalifətin seçkiyə əsas namizədlə gedəcəyi isə böyük şübhə doğurur. Məhz bu vəziyyət deməyə əsas verir ki, İlham Əliyevin prezident seçilmək şansı daha çoxdur.
Azərbaycan iqtidarında yalnız bir arxayınçılıq sezilməkdədir. Bu vəziyyət daxili resurslardan daha effektli istifadəni məhdudlaşdırmaqla yanaşı müstəqil elektorata laqeyd münasibət doğurur ki, bu da qarşı tərəfin xeyrinədir. Son dövrlərdə müxalifət bu vəziyyətdən istifadə edərək müstəqil elektoratdan dəstək ala bilib. 2013-cü ilin seçkilərində də əsas sözü müstəqil elektorat deyəcək”.
Elnur Eltürk
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?