“Həll vəzifəsinin ATƏT-dən alınıb BMT-yə ötürülən kimi avtomatik irəliləyiş olmayacaq. Amma təşkilati çərçivənin dəyişdirilməsi məsələsi daim öyrənilməli və gündəmdə qalmalıdır. Hazırda, nizamlama perspektivinə baxanda hər iki quruma aid müsbət tərəflər də var, mənfi tərəflər də. Məsələn, ATƏT özü bir təşkilat kimi böhran içindədir. 2008-ci ildən etibarən bu təşkilat əslinə qalsa yoxdur”. Bu sözləri Vətəninfo.az saytına ”Real” hərakatının sədri İlqar Məmmədov bildirib. Millət vəkili İlyas İsmayılovun Dağlıq Qarabağ münaqişəsinin ATƏT- in Minsk Qrupundan alınıb BMT Təhlükəsizlik Şurasına həvalə olunması təklifini şərh edən İ.Məmmədov bildirib ki, münaqişənin möcüzəvi diplomatik həll yolu yoxdur. ATƏT təhlükəsizlik mexanizmi kimi mövcud deyil: “ATƏT ətalət gücünə hələ formal yaşamını davam etsə də, artıq mövcud deyil. Buna görə də, Dağlıq Qarabağ münaqişəsi o qurumda həll oluna bilmir. Münaqişə BMT Təhlükəsizlik Şurasına həvalə olunsa, problemin həlli dünyanın geopolitik durumuna bağlı olacaq. İndidən hər hansı konkret nəticə görmək mümkün deyil”.
Ramilə
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR