Respublika Prokurorluğunun Ağır Cinayətlər dair istintaq idarəsi REAL hərəkatının sədri İlqar Məmmədova rəsmi ittiham irəli sürüb. Bu ittihamlar İsmayıllıda baş verən 23-24 yanvar hadisələri ilə bağlıdır. Bu barədə "Turan"a İ.Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. Baş Prokurorluğun mətbuat xidməti hələlik fakta şərh verməyib.
Qeyd edək ki, bundan əvvəl Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə açıqlamada REAL sədri İlqar Məmmədovun və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun yanvarın 24-də İsmayıllıda olaraq əhaliyə təhrikçi çağırışlar etdiyi bildirilirdi.
Onlar isə İsmayıllıya getmələrini baş verənlərlə hadisə yerindəcə tanış olmaq arzusu ilə izah etmişdilər.
Bu gün səhər saatlarından etibarən İ.Məmmədov və T.Yaqublu prokurorluğa isitintaqa çağırılıblar.
***
“Qafqazinfo”nun məlumatına görə, artıq Facebook sosial şəbəkəsində İlqar Məmmədovun dostları onun həbs olunduğunu yazıblar.
***
Real Hərəkatının Məclis sədri Erkin Qədirli isə Facebook hesabında İlqar Məmmədovun prokurorluğa çağırılmasına belə münasibət bildirib:
“REAL (Respublikaci Alternativ) Vətəndaş Hərəkatının sədri, İlqar Məmmədova qarşı ittiham irəli sürülüb. Guya, İlqar Məmmədov Ismayılllda kütləvi iğtişaşlara çağırışlar edibmiş. İlqar Məmmədov dindirilmədən sonra saxlanılıb, çox güman ki gün ərzində rəsmən həbs olunacaq.(Məhkəmə həbs qəti-imkan tədbiri teyin olunacaq)".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR