Dövlət Əmlak Komitəsi DADP-ni ofisindən qovdu
Dövlət Əmlak Komitəsi Nərimanov rayon, Təbriz küçəsi 92 ünvanda yerləşən Demokratik Azərbaycan Dünyası Partiyasını mənzil qərargahından zorla çıxardı.
"Vətəninfo.az"a partiyanın sədri Məmməd Əlizadənin verdiyi məlumata görə, Dövlət Əmlak Komitəsi onlara hər hansı xəbərdarlıq etmədən, eyni zamanda yeni yer vermədən bu addımı atıb: "Bizim yerləşdiyimiz bina əvəllər Səttarxan adına zavoda məxsus olub. Sonradan Dövlət Əmlak Komitəsinin balansına keçib. Biz uzun illərdir ki, burda yerləşirik. Bu binada təkcə DADP deyil, 20-yə yaxın digər təşkilatlarda bu binada fəaliyyət göstərir. Səhərdən burda 200-ə yaxın partiya üzvüləri aksiya keçirirlər.Artiq bundan sonrakı proseslərə biz cavabdeh deyilik".
Məmməd Əlizadənin onu da qeyd etdi ki, Azərbaycanda "Erovision" mahnı yasrışması öncəsi siyasi partiyalara qarşı bu tip münasibət yolverilməzdir: "Kimlərsə Azərbaycanı beynəlxalq içtimayət qarşısında nüfuzuna kölgə salmağa çalışırlar. Əks halda bu ölkəmiz üçün bir sıra mənfi proseslərin başlanmasına səbəb ola bilər”.
Xatırladaq ki, DADP bir müddət əvvəl siyasi gündəmdə ikinci iqtidar partiyası kimi qeyd olundu. Bunları nəzərə aldıqda, Dövlət Əmlak Komitəsinin iqtidarın əsas dayaqlarından birini qərargahsız qoymasını heç bir məntiqi nəticəyə sıxışdırmaq mümkün deyil.
Rövşən ZİYA
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR