İqtisadçı “qara piar”çı qurumu məhkəməyə verir

İqtisadçı “qara piar”çı qurumu məhkəməyə verir
İqtisadi və Sosial inkişaf Mərkəzi (İSİM) Vüqar Bayramova qarşı "qara piar” kampaniyası apardıqları üçün "The Organized Crime and Corruption Reporting Project” (OCCRP) qurumunu məhkəməyə verməyə hazırlaşır.
Vətəninfo.az xəbər verir ki, bu barədə Axar.az-a məlumat İSİM-in mətbuat xidmətindən daxil olub. Bildirilir ki, şərtlər yerinə yetirilmədiyi halda əsassız "qara piar araşdırmasının” yığışdırılması və ictimai təkzibin verilməsi üçün mərkəz beynəlxalq məhkəməyə müraciət edəcək. İSİM-in OCCRP qarşısında irəli sürdüyü şərtlər bunlardır:
1. Vüqar Bayramovun adından uydurulan, heç bir yerdə söyləmədiyi və 4  gün ərzində saytlarda saxlanılan və hətta yazılı mətbuatda çap edilən, Azərbaycanın əleyhinə "qara piar” olan böyük abzas OCCRP-nin yalanları üzə çıxandan sonra tələm-tələsik özünün və Meydan TV-nin saytlarından yığışdırılsa da, onun adından istifadə edildiyi üçün Vüqar Bayramovdan rəsmi üzr istənilsin;
2. Hətta 8 ay öncə iqtisadçıdan "Üç Nöqtə” qəzeti adından götürülən müsahibədə heç bir rəqəm səslənmədiyi halda işlədilən "100 min dollar” ifadəsi və tenderlərin elektron qeydiyyatı ilə bağlı Vüqar Bayramovun adından uydurulan və İSİM rəhbərinin dilindən heç zaman səslənməyən "əks halda şəffaflıqdan söhbət gedə bilməz” cümləsi "araşdırmadan” çıxarılsın və ictimai təkzib verilsin;
4. "Araşdırmada” tamamilə dəyişdirilərək, uydurma "qara piar” cümlələri ilə bəzədilmiş müsahibənin bir ay öncə deyil, məhz bu ilin əvvəlində özünü "Üç Nöqtə” qəzetinin əməkdaşı kimi təqdim edən jurnalist tərəfindən götürüldüyü ictimai qeyd edilsin;
5. İSİM və onun rəhbərinə qarşı sosial şəbəkələrdə, xüsusən də Tvitterdə aparılan qərəzli "qara piar” kampaniyasına dərhal son qoyulsun və jurnalistika, etik, hüquqi prinisplərə uyğun olaraq OCCRP-nin təkzibindən sonra həmin "araşdırma”nı yayan yerli mətbuat orqanlarında da oxşar təkziblərin verilməsi təmin edilsin.
Qeyd edək ki, bir müddət öncə Meydan TV və "The Organized Crime and Corruption Reporting Project” (OCCRP) qurumu Vüqar Bayramovun 8 ay öncə yerli mətbuata verdiyi müsahibəni tamamilə kontekstdən çıxararaq Azərbaycana qarşı qara piar kampaniyasına çeviriblər. Ancaq bir müddət sonra iqtisadçının adından gedən və uzun müddət reklam olunan cümlələr məqalədən silinsə də, indiyə qədər heç bir təkzib verilməyib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az