"Əkrəm Əylislinin "Daş yuxular" romanı Azərbaycan xalqına atılmış böhtan və iftiradır. Bu əsər tarixi gerçəkliklərin, reallıqların təhrifi, eyni zamanda erməni vəhşiliyinin qurbanı olan minlərlə soydaşlarımızın ruhuna təhqirdir". Bu barədə İrəvan Azadlıq Təşkilatının (İAT) xalq yazıçısı Əkrəm Əylislinin "Daş yuxular" romanı ilə bağlı yaydığı bəyanatda bildirilir.
Təşkilatın bəyanatında qeyd edilir ki, Ə.Əylisli öz çirkin və məkrli məqsədlərini həyata keçirmək üçün bilərəkdən ermənilərin tarixlər boyu Azərbaycan türklərinin başına gətirdikləri faciələri, kütləvi qətlləri və digər qeyri-insani əməlləri nəinki danmağa çalışır, əksinə həyasızcasına sülhsevər və böyük mədəniyyətə sahib bir milləti-Azərbaycan türklərini layiq olmadığı prizmada göstərir. "Bu, onun erməni xislətini, bədnam niyyətini açıq şəkildə ortaya qoyur".
İAT Ə.Əylislinin Azərbaycan xalqından üzr istəməsini tələb edir, əks halda bəyan edir ki, Azərbaycan xalqına böhtan atdığına, tarixi faktları və həqiqətləri təhrif etdiyinə görə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR