"Azərbaycanda vətəndaş müharibəsi başlamasının bizim üçün əhəmiyyəti yoxdur. Biz Azərbaycanı cəhənnəmə çevirəcəyik".
“Vətəninfo.az” xəbər verir ki, bu fikirləri İranın “Bultannews” saytına müsahibəsində Azərbaycan İslam Partiyasının yeni sədri Elçin Manafov deyib.
Manafov “Eurovision-2012” mahnı müsabiqəsini İsrail, İngiltərə və Amerikanın planları adlandırıb. O, vurğulayıb ki, Bakıda "Gey parad” keçirilsə, hökumət vətəndaş müharibəsinin başlanmasına səbəb olacaq və qan töküləcək:
"Azərbaycanda vətəndaş müharibəsinin başlamasının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Biz Azərbaycanı cəhənnəmə çevirəcəyik”.
E. Manafov son gümlər pislşən Azərbaycan-İran münasibətlərinə və cənub qonşumuzun islamçılara dəstəyindən də danışıb:
“Biz İran İslam dövlətinin mənəvi dəstəyi ilə fəxr edirik və yüksək səslə deyiri ki, bizim örnək aldığımız insan İmam Xaməneyidir”
Qeyd: Xəbərin yalan olduğunu iddia edənlər, müsahibənin orginal variantını bu linklərə daxil olaraq fars dilində oxuya bilərlər
http://www.bultannews.com/fa/news/84202/%D8%A2%D8%B0%D8%B1%D8%A8%D8%A7%DB%8C%D8%AC%D8%A7%D9%86-%D8%B1%D8%A7-%D8%AA%D8%A8%D8%AF%DB%8C%D9%84-%D8%A8%D9%87-%D8%AC%D9%87%D9%86%D9%85-%D9%85%DB%8C-%DA%A9%D9%86%DB%8C%D9%85
http://www.tabnak.ir/fa/news/245393/%D9%87%D8%B4%D8%AF%D8%A7%D8%B1-%D8%A7%D8%B3%D9%84%D8%A7%D9%85%DA%AF%D8%B1%D8%A7%DB%8C%D8%A7%D9%86-%D8%A2%D8%B0%D8%B1%DB%8C-%D8%AF%D8%B1%D8%A8%D8%A7%D8%B1%D9%87-%D9%85%D8%B1%D8%A7%D8%B3%D9%85-%D8%AC%D9%86%D8%AC%D8%A7%D9%84%DB%8C