Ölkəmizdə işgüzar səfərdə olan türkiyəli millət vəkili, Qara dəniz İqtisadi Birliyi Parlamentlər Assambleyasında Türkiyə qrupunun rəhbəri İsmayıl Safi , Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin icraçı direktoru Hikmət Eren və Milli Məclisin deputatı Qənirə Paşayeva ilə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyninin görüşü keçirilib. Avrasiya Sivil Toplum Kuruluşlarının gələcəkdə bir təşkilatda birləşməsini vurğulayan İsmayıl Safi MQF-yə bu təklifi dəstəklədiyinə görə minnətdarlığını bildirib. Eyni zamanda, gələcəkdə İstanbul və Ankarada Avrasiya Sivil Toplum Kuruluşu Federasyonunun təsis konfransının keçirilməsini məqsədəmüvafiq hesab edib. Rauf Zeyni MQF-də belə bir təklifin 2005-ci ildən irəli sürüldüyünü , Avrasiya Sivil Toplum Kuruluşu Federasyonunun yaradılmasının mütərəqqi bir addım olduğunu, eyni adda saytın yaradılmasının da Avrasiya məkanında fəaliyyət göstərən QHT-lərin fəaliyyətinə qısa müddət ərzində müsbət təsir göstərəcəyini qeyd edib. İsmayıl Safi Azərbaycana səfərini çox yüksək qiymətləndirib və qarşılıqlı səfərlərin mütəmadi təşkil olunmasını bildərərək Azərbaycan- Türkiyə arasında və həmçinin Avrasiya məkanında ictimai münasibətlərin genişlənməsinə müsbət təsir göstərdiyini bildirib. Əli
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR