İsmet Yıldız YAP Gənclər Birliyinin Ankaraya ezam olunmuş heyətini qəbul edib

İsmet Yıldız YAP Gənclər Birliyinin Ankaraya ezam olunmuş heyətini qəbul edib
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Türkiyə səfərinin sonuncu günündə də bir sıra görüşləri olmuşdur.
Vətəninfo.az xəbər verir ki, ilk öncə Türkiyənin TRT Haber kanalında YAP GB-nin sədri Seymur Orucov qonaq olmuş və TBMM-in Hataydan olan Millət Vəkili Mehmet Alğanla müsahibə vermişlər. S. Orucov iki dövlətlər arasında olan dostluq əlaqələrindən, hər iki ölkənin gənclərinin qarşılıqlı işlərindən eləcə də son zamanlar Türkiyədə baş verən terror hadisələrinə münasibət bildirmişdir. Sonra isə YAP nümayəndə heyəti AKP sədrinin müavini, Xarici işlərlə əlaqələr şöbəsinin rəhbəri Prof. Dr. Yasin Aktayın qonağı olmuşlar. Orada da qarşılıqlı əməkdaşlıq, dostluq və gələcək layihəlr haqqında geniş müzakirələr aparılmış, təkliflər dinlənilmişdir. Cənab Aktay region üzrə hər iki partiyanın doğru siyasət yürütdüyü və birgə əməkdaşlıqla daha rahat, daha da ali cəmiyyət yaratmaq prinsipləri ilə böyük uğurlar qazanacağına inandığını vurğuladı. Sonda xatirə şəkli çəkdirildi.
 
 
AK Partinin Genel Mərkəzindən sonra TBMM-in sədri Cənab İsmet YILDIZ YAP Gənclər Birliyinin Ankaraya ezam olunmuş heyəti Türkiyə Böyük Millət Məclisində qəbul etmişdir. YAP GB sədri Seymur Orucov cənab İsmet YILDIZa nümyəndə heyətini təqdim etmiş və YAP GBnin fəaliyyəti haqqında geniş məlumat vermişdir. TBMM-in sədri YAP GB-nin fəaliyyətini yüksək qiymətləndirmişdir. Sonda xatirə şəkli çəkilmişdir.
Daha sonra Türk İş Birliyi və Koordinasyon Ajansının (TİKA) başqanı ilə görüşmüşlər. Görüş zamanı TİKA rəhbəri Serdar Çam gənclərin fərdi şəkildə təqdim etdikləri layihələrə dəstək olduqlarını bildirmişlər.
Sonra Türksoyda türkdilli dövlətlərin mədəniyyəti, tarixi və ədəbiyyatı ilə tanışlıq olmuşdur. Giriş sözü ilə Türksoyun prezidenti türksoy haqqında fəaliyyəti baqqında geniş məlumat verdi. Eləcə də gənclərin xüsusilə YAP Gənclırinin bu barədə geniş apardığı təbliğatı çox yüksək qiymətləndirmişdir. Gənclər arasındakı dialoqun, əlaqələrin birgə inkişafı, eləcə də gələcəkdə birgə layihələrdən danışıldı. Görüşdə müxtəlif ölkələrin nümayəndələri çalışırlar. Orada Hindistan, Kipr, Qazaxstan, Azərbaycan və digər ölkələrin nümayəndələri çalışır.
 
 
Daha sonra Yurtdışı Türklər və Akraba Toploluqları Başkanlığında da Başkan Kudret Bülbüllə dəyirmi masa ətrafında görüş olmuşdur.
Əsasən xaricdə yaşayan, təhsil alan, orada müxtəlif sahələrdə çalışan türklərlə əlaqə saxlayaraq daim onların problemlərinin həlli ilə yaxından məşğul olduqlarını vurğulayan Başqan həmçinin Türkiyədə Azərbaycandan gələn tələbələrin eləcə də azərbaycanlıların problemləri, təhsili ilə yaranan problemlərinin həlli ilə yaxından məşğul olurlar.
YAP Gəncləri əlaqələrini daha da genişləndirdi və gələcək layihələr haqqında geniş müzakirələr aparılaraq, bir çox razılıqlar əldə edilmiş.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az