“DQR”dəki “seçkiləri” israilli müşahidəçilər izləyib.
Elman Abdullayev: “Məsələ araşdırılır”Iyulun 19-da qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən “prezident seçkiləri” heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmasa da, prosesi xarici müşahidəçilər izləyib.
Onların arasında İsrail nümayəndəsi də olub.
Bu barədə “Regnum” agentliyi məlumat verib. Azərbaycan hakimiyyətinin dost elan etdiyi, ölkəmizlə 1,6 mlrd dollarlıq silah müqaviləsi imzalayan bir ölkənin belə addımı başa düşülən deyil. Əslində buna qədər də Israil vətəndaşlarının Dağlıq Qarabağa səfəri baş tutmuşdu.
O zaman Azərbaycan Xarici Işlər Nazirliyi buna öz etirazını bildirdi. Bu dəfə qondarma respublikanın “seçkilərini” izləyən israilli müşahidəçilərlə bağlı hansı addım atılacaq?Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu haqda dəqiq məlumatın olmadığını bildirdi. Ancaq bununla belə o, məsələnin araşdırıldığını və dəqiqləşdirəndən sonra ictimaiyyətə bu barədə məlumat veriləcəyini qeyd etdi: “Israil vətəndaşlarının Qarabağa səfəri olmuşdu, bununla bağlı açıqlama verdik. Ancaq indi müşahidəçilərlə bağlı dəqiq məlumat yoxdur. Bu məsələni araşdırırıq”.
defence.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR