Barak Obamanın dönəmində İran və Amerika arasında müharibəni gözləmək çətindir. Çünki Obama xarici siyasətində daha çox, bu ölkəyə qarşı təzyiq üsuluna üstünlük verir.
Bu sözləri “Veteninfo.az”a Amerikadan Güney Azərbaycan Sosial və Mədəniyyət Araşdırmalar Mərkəzinin və Azərbaycan Milli Dirəniş Hərəkatının sədri, politoloq Davud Turan bildirdi.
“Obama istəyir ki, İran məsələsini təzyiqlər yoluyla ilə həll etsin. Elə ona görə hər gün keçdikcə, İrana qarşı təzyiqlər artır. Bu da İran iqtisadiyyatının çökməsinə nədən olur. Obama və onun ətrafındakılar elə düşünürlər ki, bu siyasət İranın geri addımlar atmasına gətirib çıxara bilər. Amma, İran bu günə qədər belə siqnal verməyib. Bu məsələyə başqa bir baxımından baxarsaq, hesab edirəm ki, İsrail və İran arasında çıxacaq müharibə nəticəsində ABŞ buna laqeyd qalmamayacaq. Amerika İrana yaxın bölgədəki ordusundan İsrailin xeyrinə istifadə edə bilər. İsrailin əsas istəyi odur ki, Amerikanı müharibəyə çəksin. Çünki, İsraildə belə hesab edirlər ki, Amerikanın təzyiq siyasətləri nəticə verməyəcək və İran nüvə silahı əldə edəcəkdir”,-deyə politoloq qeyd etdi.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR