Azərbaycanın İsveçdəki səfirliyindən APA-ya daxil olan məlumatda bildirilib ki, son günlər Azərbaycanda bəzi media orqanları tərəfindən İsveç mediasına istinad edilərək, İsveç Olimpiya Komitəsinin sədri Stefan Lindberqin Bakıda keçiriləcək ilk Avropa Oyunları, o cümlədən Azərbaycanda insan hüquqları ilə bağlı mövqeyini əks etdirən məqalələr dərc olunub.
Oxşar məzmunda belə bir məqalə İsveçin “Aftonbladet” qəzetində hələ fevral ayının 17-də verilib. Bu məqalədən sonra Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov S. Lindberqlə görüş istəyib və həmin görüş mayın 12-nə təyin olunub. Lakin sonra S. Linberq Azərbaycanın bu ölkədəki səfirliyi ilə əlaqə saxlayaraq görüşün bir gün sonraya, yəni mayın 13-nə keçirilməsi xahiş edib. Bununla yanaşı, S. Lindberq Azərbaycan səfirliyinə göndərdiyi müraciətdə bildirib ki, Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı guya İsveç Milli Olimpiya Komitəsinin mövqeyini əks etdirən və mediada yayılmış məlumat yanlışdır, həqiqətə uyğun deyil. S. Linberq bu yanlış məsələyə aydınlıq gətirmək üçün səfirlə görüşməkdə maraqlı olduğunu da müraciətində qeyd edib.
APA-nın əldə etdiyi digər məlumata görə, İsveçin Azərbaycandakı səfiri də Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayaraq, öz ölkəsinin Olimpiya Komitəsinin sədri adından mediada gedən məlumatların həqiqətə uyğun olmadığını deyib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR