“Jurnalistin maşınını əzən avtomobil mütləq tapılacaq”
"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı dünən jurnalist Rasim
Əliyevin dəfninə gedərkən yolda başlarına gələn hadisə ilə bağlı daxili
işlər naziri Ramil Usubova müraciət edib:
"Rasim
Aliyevin dəfninə gedəndə Mehman Əliyevin maşınını bir başqa maşın
vurdu. Az qaldı üstümüzə çıxsın maşın. 10 PJ 997 nömrəli idi
yanılmıramsa. Maşında 5 jurnalist vardı. Dərhal 102-yə zəng elədik.
102-yə zəng çatmadı. Cır səsli bir qız gözləməyimizi, bütün xəttlərin
dolu olduğunu bildirirdi. Xətt heç boşalmadı və bizi təbii ki,
birləşdirmədilər.”
Vətəninfo.az Moderator.az-a istinadla məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə
əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, məsələ hazırda
araşdırılır:
"Baş vermiş istənilən qanun pozuntusu
tərəfimizdən araşdırılarq hadisəyə qiymət verilir. Dediyiniz hadisə ilə
bağlı informasiya yayıldıqdan sonra məsələ araşdırılır və jurnalistin
maşınını əzən avtomobil mütləq tapılacaq”