Ötən gün Nəsimi Rayon Məhkəməsində müğənni Mətanət Əsədovanın "Nida” Gənclər Hərəkətının keçmiş üzvü Elsevər Mürsəlliyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Vətəninfo.az SİA-ya istinadla xəbər verir ki, prosesdən sonra açıqlama verən Mətanət Əsədova bildirib ki, vəkili Ceyhun Yusifovla birlikdə məhkəmə iclasında iştirak edib: "Lakin Elsevər Mürsəlli məhkəməyə gəlməyib. Bu səbəbdən də məhkəmə iyulun 24-dək təxirə salınıb. Elsevər Mürsəlliyə qarşı tələbimdə israrlıyam. Məhkəmədə pozulmuş hüquqlarımın bərpasına çalışacam”.
Qeyd edək ki, iyunun 30-da "Space” televiziyasında efirə yayımlanan "Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər. Mətanət Əsədova yazıçı tərəfindən təhqir olunduğunu iddia edərək onu məhkəməyə verib və 100 min manat təzminat ödəməsini tələb edib. Bundan sonra Elsevər Mürsəlli sosial şəbəkədə Mətanət Əsədovanın ünvanına xoşagəlməz ifadələr işlədib. Bu ifadələr isə bəzi saytlar tərəfindən yayılıb. Bundan sonra Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən Mətanət Əsədova Elsevər Mürsəllinin barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işinin başlanması və həbs edilməsini istəyir. Bundan əlavə, Mətanət Əsədova Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək yazar Əziz Musaoğlundan 100 min manat təzminat ödəməsini tələb edir.
Məsələyə münasibətini bildirən "Nida” Gənclər Hərəkətının keçmiş üzvü Elsevər Mürsəlli isə cavabında bildirib ki ; "Başıma gələnlərin hamısı düz danışdığımın nəticəsidir. Ötən gün Mətanət Əsədova ilə məhkəməmiz imiş, ancaq mənə məhkəmədən bildiriş kağızı gəlmədiyi üçün xəbərim olmayib və məhkəmə iclasına getməmişəm. Düzün deyim ki heç vəkilim də yoxdur, çunki onun əlində zatən dəlil fakt var ki mən onu guya təhqir etmişəm. Bilirsiniz mən bu günə kimi çox haqsızlıqlara uğramışam. Mənə qarşı olan bütün haqsızlıqların səbəbi isə düz söz deməyimdir. 2 il öncəki həbsim də, indi Mətanət xanımın məni həbs etdirməyə calışması da mənim düz danışdığımın nəticəsidir. Barışıq olmasa, məhkəmələr davam etsə yəqin ki, vəkil tutacam. Sizin vasitənizlə də səslənirəm əgər bu məhkəmə işində mənə dəstək olmaq istəyən vəkillər varsa mənlə facebook vasitəsiylə əlaqə saxlaya bilər. Və sonda onu demək istəyirəm ki, Mətanət xanıma təşəkkur edirəm. Azərbaycan şou-biznesinə yeni bir sima tanıtdığı üçün məncə Mətanət xanımın məni məhkəməyə verməsinin tək səbəbi də budur. Yeni simayla qalmaqal Mətanət xanıma daha çox reklam gətirir, nəyinki köhnələrlə... Və qərara gəlmişəm ki Mətanət xanımın məni məhkəməyə verməsi boşu-boşuna getməsin, yeni bir mahnı üzərində işləyirəm”.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ