Kənan Hacı müalicə olunacaq

Kənan Hacı müalicə olunacaq

"Səhiyyə Nazirliyinə minnətdaram, nəzarətdə saxlayırlar”

Yazar-jurnalist Kənan Hacıdan xəbər var. Hepatit C virusuna yoluxmuş şairlə müayinədən keçməsi ilə bağlı əlaqə yaradıb, analizlərin cavabı ilə  maraqlandıq. Jurnalist nəticələri almağa həyat yoldaşı ilə birlikdə gedib. 
K.Hacı deyir: "Müayinədən keçirdilər və dedilər ki, ciddi müalicə almalısan yoxsa xəstəlik serroza çevrilə bilər. Ürəyimdə ciddi problemlər var . Qara ciyərim  böyüyüb, amma hələ zədələnməyib. Xəstəxanada yatmalı olduğumu bildirdilər, dedilər, göndəriş gətirin, sizi xəstəxanaya yatıraq .”
Yazarın sözlərinə görə, müalicəsi bazar ertəsindən başlayacaq.  "Məndən müayinə üçün heç bir məbləğ almadılar. Səhiyyə Nazirliyinin tibbi profilaktika şöbəsi müdirinin müavini Yusif Babayevə  xüsusi təşəkkür edirəm . Prosesə o nəzarət edir. Xəstəxananın baş həkim müavini Qətibə xanıma da təşəkkür edirəm ki, mənim tam müayinələrdən keçməyim üçün göstərişlər verdi”.
musavat.com


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az