“KİA Azərbaycan” satış mərkəzlərini bağladı

“KİA Azərbaycan” satış mərkəzlərini bağladı
Avtomobillərin bahalaşması və kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində avtomobillərin təkrar bazarda satışı 55%, yeni avtomobillərin satışı isə 80%-ə yaxın azalıb.
Bunu "KİA Motors Azərbaycan” şirkətinin icraçı direktoru Zəka Əlibəyov bildirib. Şirkət rəsmisi fins.az-a deyib ki, satışların azalması səbəbindən "KİA Motors” bəzi satış mərkəzlərini bağlamalı olub.
"Bu proses davam edəcək. İlin sonuna kimi 2-3 satış mərkəzi bağlanacaq.
Satışlar azaldığı üçün Badamdar,  AMAY Ticarət Mərkəzinin yaxınlığında və Masallıdakı rəsmi dillerlərimiz bağlanıb. Bu normal haldır ki, satışlar azalanda xərcləri ödəyə bilmədiyi üçün dillerlər bağlanır”, - deyə Z.Əlibəyov vurğulayıb.
Axar.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az