"Kiminsə bahalı maşınından, villasından mənə nə?"

"Pul əl çirkidir” fikri ilə razı deyiləm. Düzdür, hansısa halda pul önəmli deyil, amma çox şeyi o həll edir”.
Bu sözləri müğənni Günel Ələkbərova "Evdəyik” verilişində deyib:
"Kasıb olmaq eyib deyil. Vay o gündən ki, pulu görüb keçmişini unudursan. Şou-biznesdə belələri çoxdur. Ruzini verən Allahdır. O da geri ala bilər. Mən kasıbçılıqdan müğənni olmamışam. Əksinə müğənni olandan sonra kasıblamışam. Çünki bizim xərclərimiz artır. Mən dostluq etdiyim insanın maddi durumuna önəm vermirəm. Kiminsə bahalı maşınından, villasından mənə nə".
G.Ələkbərova sosial şəbəkədə məşhurların ünvanına yazılan təhqirlərə də cavab verib:
"Belələri, öz gözündə tiri görmürlər, başqasında qüsur axtarırlar. O insanlar mənəvi cəhətdən qüsurludurlar. Nəyə necə reaksiya verəcəklərini bilmirlər”.
Axşam.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az