Korona ilə bağlı bu şəxslər risk altındadır

Korona ilə bağlı bu şəxslər risk altındadır

Ən doğru yol bu sahədə preventiv tədbirlərin görülməsidir.

Miq.Az xəbər verir ki, bu fikirləri Milli Onkologiya Mərkəzinin Baş direktor müavini Kamaləddin Qafarov koonavirusla mübarizə haqda deyib. Parlament üzvü Azərtac-a geniş müsahibəsində qeyd edib ki, dövlətlər fevralın əvvəllərindən bu sahədə davamlı şəkildə həyəcan təbili çalsa da, insanlar bu və ya bu kimi fəlakətlərlə yaxın və uzaq keçmişdə rastlaşmadıqlarından, tövsiyələrə ciddi əhəmiyyət vermədilər.

K.Qafarov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın fasiləsiz səyləri nəticəsində pandemiyanı nəzarət altında saxlamaq mümkün olub.

Onun sözlərinə görə, insanların total şəkildə nizam-intizama əməl etməsinin dayanıqlığı ilə yanaşı, hazırda ambulator və stasionar müalicə mərhələsində olan xəstələrə də ciddi nəzarət olunmalıdır:

"Bu tipli xəstələr koronavirusun qurbanı və ya daşıyıcısı olmaq baxımından ən potensial təhlükə qruplarıdır. Potensial yoluxma ocaqlarından biri kimi müxtəlif xəstəlikdən əziyyət çəkən, qeyd etdiyimiz kimi, ambulator və stasionar şəraitdə müalicə alan xəstələr, o cümlədən onkoloji xəstələr ola bilər”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az