Nikolay Bordyuja Azərbaycanın qanunsuz uçuş həyata keçirəcək təyyarələrin vurulması barədə qərarını ciddi qəbul etmədiyini bildirib
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja növbəti dəfə Azərbaycan əleyhinə bəyanatla çıxış edib.
APA-nın məlumatına görə, Ermənistanda səfərdə olan N. Bordyuja Azərbaycan Nazirlər Kabinetinin ölkənin işğal olunmuş əraziləri üzərində qanunsuz uçuş keçirəcək təyyarələrin vurulması barədə qərarına münasibət bildirərkən deyib ki, bu, ya uğursuz interpretasiya, ya da uğursuz zarafatdır: “Mən Azərbaycana ümumbəşəri normalara sadiq, sivil dövlət kimi baxıram. Şübhə edirəm ki, hansısa ölkənin rəhbərliyi mülki təyyarələrin qəsdən vurulması barədə əmr verər. Bizim tariximizdə belə şeylər olub, biz hamımız Uzaq Şərqdəki faciəni və dünya ictimaiyyətinin buna reaksiyasını xatırlayırıq. Mən hesab etmirəm ki, bu gün hansısa dövlət mülki təyyarəni məhv etməyə çalışar. Ona görə də bu informasiyanı ciddi qəbul etmirəm”.
Xatırladaq ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.
Veteninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR