“1915-ci ildə ermənilər, süryanilər və yezidilər böyük izdırablar yaşadı. Bunda kürdlərin də payı var. Babalarımın adından onlardan üzr istəyirəm”. Bu sözləri Türkiyə parlamentinin kürd əsilli millət vəkili, DTK-nın (Demokratik Toplum Kongresi) həmsədri Əhməd Türk deyib. “İMC” kanalında yayımlanan “Azı qərar, çoxu zərər” proqramında qonaq olan Əhməd Türk babalarının aldadılaraq bu işdə istifadə edildiyini iddia edib.
“Babalarımızdan həm ermənilərə, həm süryanilərə, həm də yezidilərə qarşı istifadə olundu. Onların əlləri bu xalqların qanı ilə çirklənib. Biz onların nəvəsi olaraq üzr istəyirik. Məncə üzrü qəbul etmək də əhəmiyyətlidir. Bu bizim iradəmizin xaricində meydana gəlib. Təbliğatlarla kürdlər də ermənilərə zülm edib”.
Qeyd edək ki, kürd deputat həddini aşaraq Türkiyə Cümhuriyyətinin də üzr istəməli olduğunu deyib. “Türkiyə də böyüklüyünü göstərərək ermənilərdən, süryanilərdən və yezidilərdən üzr istəməlidir. Bu hadisələr cümhuriyyətin quruluşundan əvvəl olubsa, bu qədər sıxılmaq da lazım deyil”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR