Zahid Oruc
3 dövlətin ittifaqı kimi meydana gələn Müstəqil Dövlətlər Birliyi təşkilatının yaradılması barədə məşhur razılaşma itib. 1991-ci ilin dekabrında nəhəng imperiyanı Belorusiyanın Belovejsk meşəsində dəfn edən Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç dünyaya SSRİ-nin süqutu barəsində tarixi açıqlamalar verərkən bəlli olur ki,özlərinə xilas yolu da saxlamışlar.Belə ki,elə həmin ilin avqust qiyamı vasitəsilə dövlət çevrilişinə cəhd edənlərin məlum uğursuzluğundan sonra ehtimali təhlükələrə qarşı sığorta tədbiri kimi yeni müqavilənin orijinalını imzalayan andan ortadan götürüblər.İndi neçə illərdir ki,Belorusiyanın keçmiş rəhbəri Şuşkeviç yazdığı kitaba daxil etmək üçün tarixi imzalarının əslini tapıb onu əsərinə köçürə bilmir.
MDB bir qurum kimi şəhadətnaməsiz də heç bir siyasi struktura və geosiyasətdə fəal rola qadir olmayan qurumdur.Vaxtilə onu sivil boşanma təşkilatı kimi xarakterizə edirdilər.Rusiyanın aparıcı yer almasına hesablanan və müəyyən qədər hərbiləşən MDB faktiki olaraq dünyaya iqtisadi inteqrasiya modeli kimi də son dərəcə yararsızdır.
İndi bəlli olur ki,ərazi bütövlüklərinin təminatında heç bir təsirli mexanizmə malik olmayan bu amorf birliyin siyasi pasportu da saxtadır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR