Mədinə kimi qızı olmaq pisdir?
"Kristal” qrupunun rəhbəri Mədinə Məlik əməkdar artist Şamil Süleymanlının qızı olduğu haqda məlumat yayıb.
Vətəninfo.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, prodüser sosial şəbəkədə Milli Kino günü münasibəti ilə aktyoru "ata” adlandıraraq təbrik edib: "Atam, canım, səni və sənin simanda bütün aktyorlarımızı təbrik edirəm. Allah səni mənə çox görməsin”.
Daha sonra Mədinə axsam.az-a açıqlamasında həqiqətən də Şamil Süleymanlının qızı olduğunu qeyd edib: "Bəli, o mənim atamdır. Bu haqda heç vaxt danışmamışam və danışmayacam
da. Onunla bağlı danışmaq istəmirəm. Bu o demək deyil ki, bizim
münasibətimiz yoxdur. Atamla çox gözəl münasibətimiz var, tez-tez də
danışırıq. Allah onu mənə çox görməsin. O mənim hər şeyimdir”.
Xatırladaq
ki, əməkdar artist ötən il "5-də 5"in qonağı olarkən yeganə övladı
"Zəif Bənd" verilişinin aparıcısı Solmaz Süleymanlı olduğunu
bildirmişdi.
Məsələyə aydınlıq gətirmək üçün "Qafqazinfo”nun əməkdaşı əməkdar artist Şamil Süleymanlı ilə əlaqə saxladı.
Əməkdar artist məşhur prodüserin onun qızı olmadığını bildirdi: "Bir
dəfə də olsun Mədinəni adı ilə çağırmamışam. Həmişə ona "qızım”
deyirəm, onunla fəxr edirəm. O isə məni "atam” deyə çağırır. Mədinəni
üzdən mənə oxşadanlar var. O məni sadəcə olaraq sosial şəbəkədə təbrik
edib, xəstəxanada olanda tez-tez mənə zəng edirdi. Mədinə kimi qızı
olmaq pisdir? Mən Mədinənin bioloji atası deyiləm”.