Ölkə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bir sıra partiya liderləri ilə görüşündə siyasi məhbuslar məsələsi qaldırılıb.
Vətəninfo.az xəbər verir ki, Bu barədə Ə.Həsənov görüşdən sonra jurnalistlərə bildirib. Onun sözlərinə görə, əvvəlki iki görüşdə olduğu kimi, bir sıra partiya nümayəndələri “bəzi məhbuslar”la bağlı məsələ qaldırıblar və onların əfv olunmasımı xahiş ediblər. (Turan)
Ə.Həsənov vəd edib ki, partiyaların müraciəti prezidentin diqqətinə çatdırılacaq. O, görüşü “səmərəli” adlandırıb.
Siyasi məhbuslar məsələsini qaldıranlardan biri Ümid Partiyasının lideri İqbal Ağazadədir. O hesab edir ki, siyasi məhbuslar problemi həll olunmalıdır.
İ.Ağazadə hakimiyyətin cəza məsələsinə seçici yanaşdğını qeyd edib. Belə ki, prokuror hüquq müdafiəçisi İntiqam Əliyevin 9 il müddətinə mühakimə olunmasını istəyir, ancaq Müdafiə Nazirliyinin 2 mln. manatı mənimsəmiş məmuruna şərti cəza istəyir.
“Deyirlər, İntiqam Əliyev siyasi məhbus deyil. Yaxşı, deyək ki, bu belədir. Lakin ona yanaşma siyasidir. Belə ki, o, hakimiyyətin xəttinə qarşı çıxır, dövlət əmlakını mənimsəyən şəxs isə hakimiyyətin xəttini dəstəkləyir. Bunu necə istəsəniz adlandırmaq olar, amma İntiqam Əliyev məhz siyasi yanaşma nəticəsində həbs olunub”-deyə İ.Ağazadə bildirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR