Məktəbdə "moyka işlədən" direktorla bağlı rəsmi AÇIQLAMA

Məktəbdə

Bakı şəhəri 158 nömrəli məktəbin direrektoru Zemfira Səmədovanın işdən çıxarılmasında onun heç də yaş senzinin əsas göstərici olmadığı haqqında mətbuatda məlumat yayılıb.

Qeyd olunur ki, onun işinə Təhsil Nazirliyi məktəbdə yoxlama apardıqdan sonra xitam verilib. Eyni zamanda keçmiş direktorunun ailə üzvlərinin hamısı da məktəbdə çalışıb. Məktəb təmir olunana kimi isə o, məktəbin bir hissəsini "moyka" kimi istifadə edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 158 nömrəli məktəbin direktoru Zemfira Səmədova fəaliyyət dövrünün son yaş həddinə çatdığı üçün işdən çıxarılıb. Və onunla əmək müqaviləsi uzadılmayıb.

Eyni zamanda bildirilib ki, 158 nömrəli orta məktəbdə yoxlama aparılmayıb.

Vətəninfo.az


 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az