Bakı Ağır Cinayətlər Məhkəməsində Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Prosesə hakim Tamella Nəsrullayeva sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Məhkəmə baxışı avqustun 21-ə kimi təxirə salınıb.
Təqsirləndirilən İ.Hüseynov 11-ci sinif şagirdi Aytac Babayevanı qətlə yetirməkdə ittiham olunur.
İbtidai istintaqa verdiyi ifadəsində İ.Hüseynov A.Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü göstərib. Qız dayısıoğluna ərə gedəcəyini bildirib. Oğlan isə buna icazə verməyəcəyəniyi deyib və 17 yaşlı Aytacı vəhşicəsinə qətlə yetirib.
Xatırladaq ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 81 ünvanında baş verib. İzzət Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Babayevanı bıçaqlayaraq qətlə yetirib.
İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. Aytac Babayeva isə Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.
Virtualaz.org
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL