"Məni əxlaqsız, tərbiyəsiz, yaramaz insan saya bilərlər. Lakin..."
"Məni əxlaqsız, tərbiyəsiz, yaramaz
insan saya bilərlər. Lakin mənə söyənlər, məni təhqir edənlər bilsinlər
ki, karyeram boyunca 5 mindən artıq nikahı dağılmaqdan qorumuşam. Yəni 5
min qadının ərsiz qalmasına, atılmasına mane olmuşam. Hər şey kimi,
seks də satılıb-alına bilər və burada qəribə heç nə yoxdur".
Bunu 17 yaşında fahişəliyə başlayan, indisə "bordel-madam" olan Vivyen Uord deyir.
Azadqadin.az-ın məlumatına görə, Milli.Az Daily Mail-ə istinadən
bildirir ki, İngiltərənin Çeşir qraflığındakı Uilmslou şəhərində yaşayan
66 yaşlı Vivyen Uord "peşə"sini sevir.
Əxlaqsızlıq, vücudunu satmaq bütün zamanlarda və bütün cəmiyyətlərdə ən
pis, ən qəbahət, ən iyrənc iş sayılsa da, Vivyen Uord fəaliyyəti ilə
fəxr edir.
O, Britaniyada fahişəliyin leqallaşmasına çalışdığını söyləyib.
"Mənim bordelimdə hər gün yüzlərlə müştəri olur. Onlar ehtiraslı
insanlardır və burada istədiklərinə çatandan sonra yenidən ailələrinə
qayıdırlar. Belədirsə, işimin nəyi pisdir?! Mən ailələri dağılmaqdan,
kişiləri kənarda məşuqə axtarıb arvadlarına xəyanət etməkdən hifz
edirəm. Düşünürəm ki, Britaniyada fahişəlik fəaliyyəti qanuniləşərsə,
hamı üçün yaxşı olar. Həm biz tam leqal işləyib vergilər ödəyərik, həm
də o vergilər hesabına dövlət büdcəsində pul artar", - Vivyen Uord
söyləyib.

