“Vətəninfo.az” xəbər verir ki, Bosniya və Herseqovinada fəaliyyət göstərən Amerika Universitetinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində millət vəkili Qənirə Paşayevanın Bosniya və Herseqovinada ölkə rəhbərliyi, Parlamentində və bir sıra başqa dövlət qurumlarında görüşləri nəzərdə tutulub. Millət vəkili Srebrenitsa soyqırımı qurbanlarının anım tədbirlərində iştirak edəcək.
Qənirə Paşayeva Bosniya və Hersoqovinaya səfəri çərçivəsində bu ölkədə keçiriləcək beynəlxalq konfransda çıxış edəcək və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla bağlı məruzə edəcək. Xocalı Soyqırımı, Bağanis-Ayrım, Qaradağlı qətliamı ilə bağlı toplantılar çərçivəsində ətraflı məlumatlar verməklə yanaşı, millət vəkili bir neçə TV-də canlı yayımda çıxış edəcək və Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar, materiallar tədbirlər çərçivəsində yayılacaq.
Səfər çərçivəsində millət vəkili Qənirə Paşayevanın Bosniya və Herseqovinada fəaliyyət göstərən media və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə, habelə bu ölkədə fəaliyyət göstərən Azərbaycan və türk əsilli diaspor təşkilatlar ilə də görüşləri olacaq.
Səfər çərçivəsində millət vəkili Sarayevo şəhərində Azərbaycan-Bosniya Dostluq Parkını da ziyarət edəcək.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR