“Bilirsiniz, artıq milli məsələdə iqtidar-müxalifət söhbətinə son qoymaq lazımdır”.
Bu sözləri Vətəninfo.az -a “Diaspor və Lobbi” Elmi Araşdırmalar Mərkəzinin sədri, analitik, Dr.Zaur Əliyev Ağ Evin rəsmi səhifəsində Xocalı soyqırımının tanınması məqsədilə petisiya yerləşdirilməsi ilə bağlı aparılan təbliğatın iqtidarın bir oyunu olduğu ilə bağlı səslənən fikirlərə cavab olaraq deyib.
“ABŞ-ın Prezident Administrasiyasının (Ağ Evin) rəsmi səhifəsində Xocalı qətliamının tanınması məqsədilə yerləşdirilmiş müraciətə səsvermənin kimin keçirməsindən asılı olmayaraq, bu, Azərbaycana qarşı törədilən amansız soyqırıma hüquqi qiymət verilməsi üçün aparılan işdir.
Faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutulub. Bu işdə bütün dünya azərbaycanlılarının, siyasi və etnik baxışından asılı olmayaraq, fəallıq göstərməsi vacibdir”.
Elnur Eltürk
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR