“Fəaliyyəti dövründə ANS telekanalı iqtidar qədər müxalifətə də yer verir”. Bunu Bizimxeber.az-a açıqlamasında ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mir Şahin Ağayev bildirib.
Müxalifət nümayəndələrinin mütəmadi olaraq debatlara dəvət olunduğunu vurğulayan vitse-prezident söyləyib ki, hətta ANS-də yayımlanan “Açıq söhbət” verilişindəki debatlarda bəzən iqtidar nümayəndələri olmayıb və mövqe baxımından müxalifət öndə olub. M.Ağayev müxalifət partiya rəhbərlərinin onlara yer verməməsinə görə telekanaldan incimələri məsələsinə də münasibət bildirib: “Mən bilmirəm ki, onlar bu kimi fikirləri hansı məntiqə əsaslanıb söyləyirlər. Amma biz müxalifətin fəaliyyətinə də hər zaman yer veririk”.
Əməkdar jurnalist İsmayıllı hadisələri zamanı da ANS-in bütün gücü ilə işlədiyini və xalqa dəqiq məlumat çatdırdığını qeyd edib: “Mən öz televiziyamıza cavabdeh şəxsəm və hesab edirəm ki, ANS telekanalı kütləvi informasiya vasitələri (KİV) haqqında qanunun bütün tələblərinə uyğun olaraq İsmayıllı hadisələri barədə cəmiyyətə dolğun məlumat verib. Bu məlumatlar həm də dəqiq, qərəzsiz və vicdanlı olub. Bu barədə ötən həftə mən “Hesabat” verilişində də məlumat vermişəm. Mən hesab etmirəm ki, biz İsmayıllı hadisələrini xüsusilə işıqlandırmışıq. Biz əvvəl necə işləmişiksə, İsmayıllı hadisələri baş verəndə də eyni cür işləmişik. Digər telekanallarda barəsində isə mənim fikir söyləməyim düzgün çıxmaz”.
Veteninfo.az
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?