Klan dəyişən nazir səlahiyyətsizləşdirilir
Diplomları Təhsil Nazirliyi verməyəcək; rektorlar isə qanunsuz köçürmələrə görə "vurulacaq"
Yaxın vaxtlarda bir çox universitet rektoru “vurulacaq”. “Vətəninfo.az”ın “Azadlıq.info”ya istinadən verdiyi məlumata görə, bunun kökündə qanunsuz tələbə köçürmələri dayanır.
Mənbə bildirib ki, bir müddət əvvəl Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) rəhbəri Məleykə Abbaszadənin magistratura imtahanları zamanı bir fakultə üzrə nəzərdə tutulmuş plandan xeyli artıq tələbənin sənəd verdiyini və bunun qanunsuz köçürmələrdən irəli gəldiyini açıqladığı təsadüfi deyil. “TQDK rəhbərliyi artıq qanunsuz tələbə köçürmələri ilə bağlı detalları Prezident Administrasiyasına təqdim edib. Və bununla bağlı ciddi araşdırmalara başlanılıb”, - deyə mənbə əlavə edib.
Məlumatlara görə, araşdırmalar nəticəsində faktla bağlı cinayət işi başlanacağı və universitet rektoralarının istintaqa cəlb ediləcəyi gözlənilənilir. Mənbə əlavə edib ki, rektorların əksəriyyətin məsuliyyətdən yaxa qurtara bilməyəcək. Onlar ən yaxşı halda tutduqları vəzifədən azad ediləcəklər.
Mənbə həmçinin vurğulayıb ki, tələbələrə diplom vermək səlahiyyəti Təhsil Nazirliyindən alınacaq. Bu səlahiyyət TQDK-ya keçəcək.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR